Məzmuna keçin

Qonavo

İstifadə və bron şərtləri

Qonavo üzərindən məkan seçərkən və bron edərkən nəzərə alınmalı əsas məlumatlar.

Bron və təsdiq

Bron üçün düzgün əlaqə və qonaq məlumatları təqdim edin. Bəzi yerlərdə bron dərhal təsdiqlənir, digərlərində obyektin təsdiqi gözlənilir. Bron statusunu təsdiq səhifəsindən və “Bronu idarə et” bölməsindən yoxlayın.

Qiymət və ödəniş

Tarixsiz göstərilən qiymətlər başlanğıc qiymətləridir. Səfər tarixləri, qonaq və otaq sayına uyğun ümumi qiyməti bronu tamamlamadan əvvəl yoxlayın. Mövcud bron axınında ödəniş məkanda edilir; seçdiyiniz təklifin ödəniş və daxil olan xidmətlər barədə məlumatlarını oxuyun.

Ləğv və xüsusi qaydalar

Pulsuz ləğv bütün təkliflərə aid deyil. Ləğv müddəti, mümkün cərimə, giriş-çıxış saatları və digər qaydalar seçilmiş məkan və tarifdən asılıdır. Bron etməzdən əvvəl həmin şərtləri oxuyun; ləğv etməzdən əvvəl göstərilən yekun məbləği yoxlayın.